İdman

İrəvandakı çempionatda iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında yarışmaqdan imtina edən Azərbaycan millisi vətənə qayıdıb.

Oxu.Az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri – nazir Fərid Qayıbovun müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, idmançıların yaxınları, jurnalistlər və idmansevərlər qarşılayıblar. Azarkeşlər bu zaman müxtəlif şüarlar səsləndiriblər.

Xatırladaq ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində ölkəmizə qarşı təxribat edilməsi – Azərbaycan bayrağının yandırılması səbəbindən ağır atletlərimiz Avropa çempionatında yarışmaqdan imtina ediblər.

21:20

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.

Oxu.Az xəbər verir ki, ağırlıqqaldıranlarımızı və federasiya nümayəndələrini gətirən təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Xatırladaq ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində ölkəmizə qarşı təxribat edilməsi – Azərbaycan bayrağının yandırılması səbəbindən ağır atletlərimiz Avropa çempionatında yarışmaqdan imtina ediblər.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir