İdman

“Real” səfər matçından üç xalla dönür – VİDEO

Sharing is caring!


İspaniya LaLiqasında 29-cu turun qarşılaşmaları oynanılır.

Yarışın son qalibi Madrid “Real”ı səfərdə “Kadis”in qonağı olub.

Karlo Ancelottinin yetirmələri uzun müddət ev sahibinin müqavimətini qıra bilməsələr də, dörd dəqiqəyə (72 və 76-cı dəqiqələrdə) iki qol ataraq yekunda əlverişli nəticəni təmin etməyi bacarıblar – 0:2.

Qələbəyə baxmayaraq, hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Kral klubu üçün zirvə əlçatmaz olaraq qalır. Bir oyun az keçirən “Barselona” 10 xalla paytaxt təmsilçisini qabaqlayaraq LaLiqaya liderlik edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir