İdman

AFFA iclas keçirdi: De Byazi zalı erkən tərk etdi

Sharing is caring!


AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.

İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib. O, jurnalistlərə açıqlama vermək istəməyib.

Qəbul edilən qərarlar barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir