İdman

“Bayern”in futbolçusu “Liverpul”un “radar”ında

Sharing is caring!

“Liverpul” “Bayern”in yarımmüdafiəçisi Rayan Qravenberxi transfer etmək istəyir. 

Mersisayd klubunun baş məşqçisi Yurgen Klopp Niderlanddan olan gənc futbolçuya göz dikib. “Bayern” Qravenberxi satmaq fikrində deyil. Lakin futbolçu Münhen klubunda çox şans qazanmadığı üçün klubunu dəyişmək barədə düşünür.

Qravenberx 2022-ci ilin yayında Amsterdamın “Ayaks” klubundan “Bayern”ə keçib. 20 yaşlı orta xətt oyunçusu bu mövsüm Almaniya klubunda 22 oyun keçirib. O, bu matçların əksəriyyətində meydana sonradan çıxıb.

Mənbə: “Sport1”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir