İdman

I Diviziondan Premyer Liqaya vəsiqə qazanan komanda məlum oldu

Sharing is caring!


“Araz Naxçıvan” futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqəni təmin edib.

Oxu.Az xəbər verir ki, bu, I Divizionun XXIV turunda MOİK-in “Qəbələ-2”yə məğlubiyyəti (0:3) ilə reallaşıb.

Hazırda Naxçıvan klubu 54 xalla lider, MOİK isə 38 xalla 4-cü sıradadır. Qarşıda 5 oyunu qalan “hərbçilər”in “Aaz Naxçıvan”a çatması mümkün deyil.

Qeyd edək ki, turnir cədvəlinin 2 -3-cü yerlərində Premyer Liqa təmsilçilərinin əvəzedici komandaları qərarlaşıblar və onlar elitaya yüksələ bilməzlər.

Mövsümün sonunda I Diviziondan elitaya bir klub yüksələcək, Premyer Liqanın sonuncusu isə aşağı liqaya düşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir