İqtisadiyyat

Özəl sektorda çalışan işçilərin sayı dövlət və neft sahəsində çalışan işçilərin sayını üstələyib

Sharing is caring!


“2023-cü ildə özəl sektorda çalışan işçilərin sayı dövlət və neft sahəsində çalışan işçilərin sayını üstələyib”.

APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

“2019-cu ildə biz bu prosesə başlayanda 850 mindən çox muzdlu işçi dövlət müəssisələrində çalışırdı. 5 il ərzində aparılan uğurlu işlər nəticəsində özəl sektorda çalışan işçilərin sayı dövlət və neft sektorunda çalışan muzdlu işçilərin sayını üstələyib. Bu illər ərzində vergi işçiləri öz vəzifələrinin icrasına daha yüksək standartla yanaşıb”, – deyə o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir