İdman

Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”la səfərdə heç-heçə edib – VİDEO

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, “Turan Tovuz” doğma publika önündə “Şamaxı”nı qəbul edib.

Matça sürətli başlayan tovuzlular artıq 2-ci dəqiqədə Runi Evanın başla vurduğu qol sayəsində hesabı açıblar. Ancaq cəmi yeddi dəqiqə sonra qonaqlar bərabərlik topunu vurublar. Fuad Bayramovun iti bucaq altından zərbəsi dəqiq alınıb.

Bu, həm də qarşılaşmada son qol olub. Nəticədə matç 1:1 hesabı ilə yekunlaşıb və “Şamaxı” səfərdə rəqibi ilə heç-heçə edib.

Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “Turan Tovuz” aktivindəki xalların sayını 29-a çatdırıb. “Şamaxı” isə 21 xalla “Səbail”lə birlikdə son pilləni bölüşdürür.

Qeyd edək ki, turun digər oyunlarında “Qəbələ” “Zirə”ni, “Səbail” “Sabah”ı evdə 2:1, “Neftçi” “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib.

Son görüşdə bu gün “Qarabağ”la “Kəpəz” birincilərin meydanında qarşılaşırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir