Cəmiyyət

Şəmkirdə qəsdən adam öldürmə cinayəti üzrə təqsirləndirilən şəxs ifşa olundu

Sharing is caring!


Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs ifşa edilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 1986-cı il təvəllüdlü Fariz Cəlilovun cari il fevralın 19-u axşam saatlarında Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində qonşusu Əntiqə Məmmədova ilə sonuncunun yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı bıçaqla və bərk-küt əşya ilə Əntiqə Məmmədovaya bədən xəsarətləri yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fariz Cəlilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsədn adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir