İdman

Bundesliqa: “Bavariya” səfərdə, “Borussiya” evdə qələbə qazandı – VİDEO

Sharing is caring!


­­­Almaniya Bundesliqasında XXVII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider “Bavariya” “Frayburq”un qonağı olub. Görüş Münhen klubunun minimalhesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 52-ci dəqiqədə Mateys de Lixt vurub.

“Bavariya” 58 xalla vahid liderdir. “Frayburq” 47 xalla 4-cü pillədə qərarlaşıb.

Münhen klubunun ən yaxın izləyicisi “Borussiya” “Union”u sınağa çəkib. Qarşılaşma dortmundluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Donyel Malen və Yussufa Mukokonun qollarına qarşı tərəfdən yalnız Kevin Behrens cavab verə bilib.

“Borussiya” 56 xalla 2-ci, “Union” 51 xalla 3-cüdür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir