İdman

Beynəlxalq federasiyanın prezidenti vəzifəsində azərbaycanlı seçildi

Sharing is caring!

Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.

XəbərAl.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən qərargahında keçirilən seçkidə A.Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.

O, yeni vəzifəsi ilə bağlı Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinə açıqlamasında tarixi uğurun məhz Azərbaycan xalqı üçün əlamətdar tarixlərə – Milli Qurtuluş Gününə və eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qədim Şuşada türk müttəfiqliyini rəsmiləşdirdikləri günə
təsadüf etməsindən qürur duyduğunu bildirib.

Qeyd edib ki, Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti vəzifəsinə 5 il müdddətinə seçilib. Beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir