İdman

“Barselona” La Liqa rəhbərliyi ilə Messinin mümkün qayıdışını müzakirə edəcək

Sharing is caring!


“Barselona” Lionel Messini geri qaytarmaq fəaliyyətlərini davam etdirir.

Kataloniya klubunun nümayəndələri bu məqsədlə La Liqa rəhbərliyi ilə görüşəcəklər. Gələn həftə keçiriləcək görüşdə argentinalının mümkün qayıdışı müzakirə olunacaq. “Barsa” La Liqa rəhbərliyinin məsələyə münasibətini öyrənmək istəyir.

Klub növbəti mövsüm üçün maaş limitinin azaldılması ilə bağlı plan hazırlayıb. Katalonlar əmin olmaq istəyirlər, La Liqa rəhbərliyi bu keçidi reallaşdırmağa icazə verəcək.

Messi PSJ ilə mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyəcək. Onun “Barselona”ya qayıtmaq istədiyi bildirilir.

Mənbə: “Diario Sport”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir