İdman

“Kəpəz” futbolçularının maaşları ödənildi

Sharing is caring!


“Kəpəz” futbol klubunun əməkdaşlarının əməkhaqları ödənilib.

Oxu.Az saytının əldə etdiyi məlumata görə, məbləğ AFFA tərəfindən klubun hesabına köçürülüb.

Bununla da dünən klub fevral ayının məvaciblərini əməkdaşlarına ödəyib.

Xatırladaq ki, AFFA-ya təqdim edilən sənədlərdə problem olduğundan ödənişlər gecikmişdi. Bu səbəbdən hətta komanda üzvləri məşqə çıxmaqdan imtina etmişdilər.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir