İdman

İngiltərə millisi gənclər arasında Avropa çempionu oldu – VİDEO

Sharing is caring!


21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi bəlli olub.

Oxu.Az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən çempionatın həlledici matçında İngiltərə və İspaniya gəncləri üz-üzə gəliblər.

Görüş birincilərin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş 4-cü dəqiqədə Kurtis Cons vurub.

Qarşılaşmaya əlavə olunmuş 8-ci dəqiqədə ispaniyalı Abel Ruiz penalti zərbəsini qola çevirə bilməyib.

Bununla da İngiltərə milli komandası turnir ərzində qol buraxmadan çempionluq sevinci yaşayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir