İdman

İtaliya derbisində qalmaqal: Azarkeşlər meymun səsləri çıxardılar, futbolçular əlbəyaxa oldular – VİDEO

Sharing is caring!


İtaliya Kubokunun yarımfinal mərhələsinin “Yuventus”la “İnter” arasında keçirilən ilk oyunu qalmaqalla başa çatıb.

Oxu.Az xəbər verir ki, “nerazzuri”nin futbolçusu Romelu Lukaku irqçiliyə məruz qalıb. Turin klubunun fanatları qaradərili belçikalıya təzyiq etmək üçün meymun səsləri çıxarıblar.

Lukaku 90+5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə matçda hesabı bərabərləşdirib. Bundan sonra o, ev sahibi olan komandanın azarkeşlərinə susmaq işarəsi göstərib. “Yuventus”un futbolçusu Xuan Kuadrado isə Lukakuya etirazını bildirib. Gərginliyin sonunda matçın baş hakimi Davide Massa hər iki oyunçunu sarı vərəqə ilə cəzalandırıb. İkinci rəsmi xəbərdarlığı alan Lukakunun vərəqəsi “qırmızı”ya çevrilib.

Final fitindən sonra ara yenidən qarışıb. Bu dəfə “İnter”in qapıçısı Samir Handanoviçlə Xuan Kuadrado əlbəyaxa olublar. Referi hər iki oyunçuya birbaşa qırmızı vərəqə göstərib.

İtaliya derbisi 1:1 hesabı ilə başa çatıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir