İdman

Azərbaycanda oynamış futbolçu 39 yaşında xərçəng xəstəliyindən vəfat etdi

Sharing is caring!


Vaxtilə Azərbaycanda oynamış keçmiş futbolçu Mario Bojiç dünyasını dəyişib.

Bosniya və Herseqovinadan olan sabiq yarımmüdafiəçi 39 yaşında xərçəng xəstəliyindən vəfat edib. Ona bir neçə il əvvəl beyin şişi diaqnozu qoyulub. İki əməliyyata baxmayaraq, Bojiçin həyatını xilas etmək mümkün olmayıb.

Bosniya və Herseqovina millisinin sabiq üzvü 2012/13 mövsümündə hazırda mövcud olmayan “Simurq” klubunun formasını geyinib.

Mənbə: klix.ba

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir