İdman

“Qarabağ” “Qalatasaray”la oyunda toplanan vəsaiti niyə hələ Türkiyəyə göndərməyib?

Sharing is caring!


“Qarabağ” – “Qalatasaray” xeyriyyə oyunundan toplanan vəsait hələ də Türkiyəyə göndərilməyib.

Oxu.Az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin indiyə qədər tam məbləği əldə etməməsidir. Bilet satışından qazanılan vəsait artıq klubun əlindədir. Ancaq yayım hüququ və digər reklam gəlirləri hələ “Qarabağ”a çatmayıb. Klubdan verilən məlumata görə, aprelin 10-na qədər məbləğ tamamlanacaq və Türkiyəyə göndəriləcək.

Ümumi vəsaitin nə qədər olacağı da hələlik dəqiq bəlli deyil. Amma bunun bir milyon manatdan artıq olacağı gözlənilir.

Xatırladaq ki, “Qarabağ” və “Qalatasaray” martın 26-da Bakı Olimpiya Stadionunda xeyriyyə oyunu keçiriblər. Matçdan əldə olunan bütün gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir