İdman

Azərbaycan Premyer Liqası: Sonuncu dövrəyə start verilir

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – IV dövrəyə start veriləcək.

Oxu.Az xəbər verir ki, XXVIII turun açılış matçında “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:30-da başlayacaq.

Hazırda qərb təmsilçisi 28 xalla altıncı, “gənclik şəhəri” klubu isə 21 xalla səkkizinci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XXVIII tur

31 mart

15:30. “Turan Tovuz” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Tovuz şəhər stadionu.

Turun qalan dörd matçı aprelin 1-i və 2-si keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir