Dünya

Rusiyada 17 nəfər koronavirusun yeni ştammına yoluxub

Sharing is caring!


Rusiyada bu ilin aprel ayından indiyə kimi koronavirusun yeni ştammı olan “Eris”ə 17 nəfər yoluxub. Bu, yeni növ təhlükəlidirmi?

Koronavirusun yeni ştammları hər zaman görünür. Hələlik bunlar “Omikron”un başqa son variantlarından ağır deyil. Lakin onlardan bəziləri daha çox yayılmaq və yoluxdurmaq qabiliyyətinə malikdir.

Bu sözləri virusoloq Aleksandr Çepurnov deyib.

“Ciddilik baxımından əhəmiyyətli heç nə dəyişmir. “Eris” variantında kritik heç nə yoxdur. Biz qripə öyrəşdiyimiz kimi buna da öyrəşməyə doğru gedirik”, – Çerpunov əlavə edib.

Virusoloqun sözlərinə görə, koronavirusla (COVID-19) bağlı daha az optimist vəziyyət ABŞ və Yaponiyada yaranıb. Orada xəstələnmə hallarında artım var. Beş aydan bir tezliyi ilə yeni dalğalar meydana çıxır, lakin indi onlar çox insanın həyatına son qoymur.

“Virus daha az ölümcül və patogen olsa da, bütün dünyada insanlara təsir edən post-COVID sindromu problemi qalmaqdadır”, – deyə alim vurğulayıb.

Mənbə: nwsru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir