İdman

Azərbaycan çempionatı oyununda 11 qol vuruldu

Sharing is caring!


Azərbaycan I Divizionunda XXII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “Araz Naxçıvan”la “Turan Tovuz”un oyunu məhsuldarlığı ilə diqqət çəkib.

Tovuzda keçirilən qarşılaşmada 11 qol vurulub. Qonaqların 6:5 hesablı qələbə qazandıqları qarşılaşmada toplardan ikisini komandalar öz qapılarına vurublar. Maraqlıdır ki, avtoqollar ardıcıl – 29 və 30-cu dəqiqələrdə qeydə alınıblar.

I Divizion

XXII tur

“Turan Tovuz-2” – “Araz Naxçıvan” – 5:6

“Turan Tovuz-2”: Akif Tağıyev, 7, Elvin İsmayılov, 20, Həzrət İsayev, 29 (öz qapısına), Elçin Qasımov, 68, Abbas Ağazadə, 71

“Araz Naxçıvan”: Orxan Əliyev, 11, 88, Bayraməli Qurbanov, 13, 62, Səbayıl Bağırov, 30 (öz qapısına), Fəhmin Muradbəyli, 72

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir