İdman

“El-Klassiko”dan sonra: FIFA ofsayd qaydalarını dəyişəcək?

Sharing is caring!


İspaniya La Liqasında “Barselona” – “Real Marid” və Rumıniya çempionatının “ÇFR Kluj” – “Rapid” matçlarında qeydə alınan “millimetrlik ofsaydlar” oyundankənar vəziyyətlərlə bağlı məsələni yenidən gündəmə gətirib.

“ÇFR Kluj”  3 dəqiqlik VAR incələməsindən sonra qeydə alınmayan qola görə narazıdır və artıq beynəlxalq futbol qurumlarına müraciət edib. “El-Klassiko”da isə Marko Asensionun “Barselona”ya vurduğu qol VAR yoxlanışından sonra ləğv edilib. Hətta çəkilən ofsayd xətlərindən də nə olduğu tam anlaşılmadığı iddiası ilə geniş müzakirələr açılıb.

FIFA hazırda bütün söz-söhbətlərə son qoymaq üçün yeni ofsayd qaydalarını müzakirə edir. Daha doğrusu, qurumun futbolun inkişafı üzrə direktoru vəzifəsində çalışan Arsen Vengerin təklifi dəyərləndirilir. O, oyundankənar vəziyyət qeydə alınması üçün hücum oyunçusunun tamamilə rəqibdən öndə olmasını müdafiə edir. “ÇFR Kluj” məhz Vengerin təklifinin tətbiq edilməsini istəyir.

Artıq İtaliyanın aşağı yaş liqalarında bu yanaşma tətbiq edilir. Məsələnin FIFA-da müzakirə edildiyi bildirilir.

Mənbə: NTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir