İdman

Paytaxt derbisində “Roma” “Latsio”ya məğlub oldu – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında XXVII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, paytaxt derbisində “Latsio” və “Roma” münasibətlərinə aydınlıq gətirib. “Stadio Olimpico”da keçirilən görüş nominal meydan sahibi “Latsio”nun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Yeganə qolu 65-ci dəqiqədə Mattia Zakkanyi vurub. “Roma”nın heyətində Rojer İbanyes 32-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Qələbə sayəsində “Latsio” 2-ci pilləyə yüksəlib. Komandanın 52 xalı var. “Roma” isə 47 xalla 5-cidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir