İdman

Hakimdən qəribə qərar: Oyuna “üçüncü hissə” əlavə etdi

Sharing is caring!


Boliviya çempionatının 6-cı turunda keçirilən “Palmaflor” – “Bluminq” oyununun əsas vaxtına 43 dəqiqə əlavə edilib.

Ötən gün “Palmaflora” stadionunda keçirilən qarşılaşmanın baş hakimi Xulio Qutyerres olub. O, epizodların birində 17 dəqiqə VAR-a baxıb. Bundan başqa, güclü yağış da vaxtın uzadılmasına səbəb olub. Referi, həmçinin iki penalti təyin edib və iki futbolçunu meydandan qovub.

Görüş “Palmaflor”un 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ev sahibi qələbə qolunu əlavə edilmiş 38-ci dəqiqədə vurub. Bu, Boliviya çempionatında ən uzun oyun kimi tarixə düşüb.

Mənbə: newsunrolled.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir