İdman

Hakimləri təhqir edən gəncəlilərin cəzası məlum oldu

Sharing is caring!

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, toplantıda futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda yaşananlara hüquqi qiymət verilib.

“Zirə” – “Şamaxı” oyununda meydan sahibi oyun günü planı tələblərini pozduğuna görə 800 manat cərimələnib.

“Səbail” – “Sumqayıt” oyununda ev sahibinin azarkeşləri tərəfindən təhqiramiz ifadələrin işlənməsinə görə klub 4000 manat cərimə edilib.

“Sumqayıt”ın nümayəndəsinin iclasa gecikməsinə görə klub 800 manat cərimə olunub.

 “Səbail”i oyunçusu Qustavo de Fransa rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 200 manat cərimələnib.

 “Sabah” – “Kəpəz” oyununda meydan sahibi komandanın futbolçusu Anatoli Nuriyev ikinci sarı vərəq alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb, klub 200 manat cərimə edilib.

“Kəpəz”in futbolçusu Abdullahi Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb, klub 1600 manat cərimələnib.

“Kəpəz” azarkeşləri tərəfindən oyunun hakimlərinin kütləvi təhqir edilməsinə görə klub 4000 manat cərimə olunub.

 “Qəbələ” – “Qarabağ” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir