İdman

UEFA Mahir Emrelinin formasını geyindiyi klubu cəzalandırdı

Sharing is caring!

UEFA Türkiyənin “Konyaspor” klubunu cəzalandırıb.

Buna Super Liqa təmsilçisinin 2022/23 mövsümündə müddəti bitmiş borcları ödəməməsi səbəb olub. Klub 150 min avro məbləğində cərimələnib. Eyni hal təkrarlanacağı təqdirdə, kluba avrokuboklarda iştirak qadağasının qoyulacağı açıqlanıb.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli bir müddət əvvəl icarə əsasında Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan “Konyaspor”a keçib. O, hələ yeni komandasında rəsmi debüt etməyib.

Mənbə: “Sporx”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir