İdman

“Real”dan Mbappe üçün fantastik təklif

Sharing is caring!

“Real” Kilian Mbappeni transfer etmək fikrindən daşınmayıb.

Madrid klubu yayda Fransa millisinin üzvünü heyətinə qatmaq istiqamətində növbəti cəhdini edəcək. İddiaya görə, ispanlar 24 yaşlı forvard üçün 220 milyon avro ödəməyə hazırdırlar.

“Real” keçən ilin yayında Mbappeni heyətinə qatmağa çalışsa da, sonda futbolçu Paris təmsilçisi ilə müqavilə yeniləmişdi. Hazırkı sözləşmə 2024-cü ilin yayına qədərdir. Kilian istəsə, müddəti daha bir il uzada bilər.

Mbappe bu mövsüm PSJ-nin heyətində 29 oyunda eyni sayda qol vurub və yeddi məhsuldar ötürmə edib.

Mənbə: Abc.es

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir