Əfqanıstanda hökumət qüvvələri ilə Taliban arasında toqquşma yaşanıb.
Xəbəral.az xəbər verir ki, bu məlumatı “1TV Nyus” televiziyası yayıb. Məlumata görə, toqquşma Paktiya vilayətində yaşanıb. Toqquşma nəticəsində Əfqanıstan ordusunun 8 hərbçisi ölüb, 9 nəfər yaralanıb.
Əfqan ordusu həmçinin döyüşlər zamanı 9 Taliban döyüşçüsünün öldürüldüyünə dair məlumat yayıb.