MARAQLI

“Brilyant əl”də rolu ilə tanınan aktrisa dünyasını dəyişib – VİDEO

Sharing is caring!


“Brilyant əl” filmində rolu ilə tanınan rusiyalı aktrisa Viktoriya Ostrovskaya 85 yaşında vəfat edib.

Bu barədə teleaparıcı Andrey Malaxov “Telegram” kanalında məlumat verib.

“Aktrisa Viktoriya Ostrovskaya vəfat etdi. O, “Brilyant əl” filmində iştirak etmişdi. Uzun illər əvvəl Leonid Qaydayın köməkçisi onu elə küçədə görmüş və çəkilişə dəvət etmişdi. Rejissorun parlaq aktrisaya ehtiyacı var idi və Ostrovskaya heç bir sınaq olmadan filmə çəkilmişdi”, – deyə o yazıb.

Malaxovun sözlərinə görə, aktrisanın film karyerası “Köhnə tanış” filmindəki epizodik rolla başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir