İdman

“Qalatasaray”dan növbəti “transfer bombası”?

Sharing is caring!

Son dönəmlər etdiyi keçidlərlə diqqət çəkən “Qalatasaray” mövsümün sonunda daha bir “transfer bombası”nı partlatmağa hazırlaşır.

İstanbul təmsilçisinin yayda “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu heyətinə qatacağı bildirilir. Məlumata görə, Türkiyə millisinin üzvü “Qalatasaray” azarkeşidir və mövsümün sonunda keçid böyük ehtimalla reallaşacaq.

29 yaşlı orta xətt oyunçusunun “İnter”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm “nerazzuri”nin heyətində 32 matçda 3 qol və 6 assistlə yadda qalıb.

Mənbə: Goal.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir