İdman

Azərbaycan millisinin qapıçısı Qazaxıstanda iki qol vurdu – VİDEO

Sharing is caring!

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstan çempionatında daha iki qol vurub.

Oxu.Az xəbər verir ki, “Atırau”nun formasını geyinən qolkiper XXXII turda “Astana” ilə görüşdə (4:1) dubl müəllifi olub. O, 27 və 30-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. Rövşən Qazaxıstan çempionatında daha əvvəl bir qol vurub.

Müqavilə ilə “Araz Naxçıvan”a məxsus olan Hüseynli 2022-ci ilin oktyabrından “Atırau”da çıxış edir. Onun komandası 32 oyunda 47 xal toplayıb və 10 komanda arasında 5-cidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir