İdman

“Neftçi”nin baş məşqçisi: “Son oyunun ardınca bəzi probemlər var idi”

Sharing is caring!

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ”la matçdan öncə fikirlərini bildirib.

Rumıniyalı mütəxəssis çətin matç olacağını deyib:

“Bizim üçün çətin oyun olacaq. “Qarabağ”a qarşı oynayacağıq. Onlar Konfrans Liqası matçından qayıdıblar. “Qarabağ” çox motivasiyalı olacaq. Əslində, dünən mərhələ adlamalarını istəyirdim ki, daha rahat olsunlar. Amma hazırda nəticəni bilirik. Ona görə də bizim üçün daha çətin olacaq. Hər iki komanda qələbə qazanmaq istəyəcək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Çalışdırıcı komandasının Azərbaycan derbisinə hazır olduğunu deyib:

“Son oyunun ardınca bəzi problemlər var idi. Onları aradan qaldıra bildik. Kilan Lebon və Höccət Haqverdi məşq etmirdi. Edi İsrafilov qayıdıb, amma 100 faiz hazır deyil. Qarşıda 3 günümüz var. Çalışacağıq ki, ən yaxşı heyəti seçək. Düşünürəm ki, komandam hazırdır. Onlar oyuna daha çox köklənməlidirlər. Son ev matçındakının 100 faiz artığını verməlidirlər. Bunun öhdəsindən gələ bilsələr, nəticə bizim üçün pozitiv olacaq”.

Bu mövsüm hər iki matçda “Qarabağ”a məğlub olan “ağ-qaralar”ın baş məşqçisi daha yaxşı oynamağa çalışacaqlarını söyləyib:

“Hər oyuna yaxşı nəticə üçün çıxırıq. Qələbə qazanmaq istəyirik, məğlub olmaq yox. Bilirik ki, son iki oyunda “Qarabağ”a uduzmuşuq. Bu dəfə daha yaxşı oynamağa çalışacağıq”.

Regekampf son 4 oyunda qol buraxmayan komandasının “quru” seriyaya davam edəcəyinə ümid etdiyini bildirib:

“Bu oyuna hazırlaşırıq. Matçdan sonra səviyyəmizi biləcəyik. Ümid edirəm ki, yenə qol buraxmayacağıq və bu yolda davam edərik”.

Qeyd edək ki, fevralın 27-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da start götürəcək.

Mənbə: “Neftçi TV”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir