İdman

UEFA-nın ölkələr üçün əmsallar cədvəli yeniləndi – FOTO

Sharing is caring!

Avropa Liqası və Konfrans Liqasında fevralın 23-də keçirilən matçlardan sonra UEFA-nın ölkələr üçün əmsallar cədvəli yenilənib.

Oxu.Az xəbər verir ki, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində Belçikada “Gent”ə məğlub olması (penaltilərlə 5:3, əvvəlki oyun – 1:0) səbəbindən Azərbaycanın xal hesabında dəyişiklik baş verməyib. Ölkəmizin mövqeyi də eyni qalıb. Son beş mövsümün nəticələrinə əsasən, Azərbaycan 16,625 xalla 29-cu sıradadır. Ən yaxın izləyici Qazaxıstanın 12,625 xalı var. 28-ci Slovakiya isə 19,250 xala sahibdir.

Ümumiyyətlə, son oyunlar cədvəldə böyük dəyişikliyə səbəb olmayıb. Yalnız Polşa Slovakiyanı geridə qoyaraq 27-ci, Ukrayna isə Norveç və Çexiyanı ötərək 14-cü sıraya yüksəlib.

Cədvələ 103, 855 xalla İngiltərə başçılıq edir. İspaniya 2-ci (89,712 xal), Almaniya isə 3-cüdür (80,606 xal).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir