Cəmiyyət

Yeddi yaşlı Yağmurun yardıma ehtiyacı var: “Güzgüdə özünə baxmağa utanır, ağlayır” – FOTO

Sharing is caring!


2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Şəfa Abdullayeva məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Ananın sözlərinə görə, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra qaz sobasını yandırmaq, isinmək üçün çaydanı onun üzərinə qoymaq istəyib:

“Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdirdilər. Üç həftə reanimasiyada qaldı. Biz fəhləlik edərək pulumuzu qazanırıq. Ona iki dəfə dəriköçürmə əməliyyatı edildi. Bu əməliyyatların pulu yardımsevər insanların köməyi ilə toplandı. Amma Yağmurun müalicələrini apara bilmirik. Nəyimiz varsa satmışıq. Yağmurun yanan yerləri göynədiyi üçün yatağa məhkum olub. Dərslər gələn ay başlayır. Yağmur isə özünə güzgüdə baxmağa utanır, ağlayır. Ancaq məktəbə necə gedəcəyini düşünür. Deyir ki, ona baxıb güləcəklər. Qızım əməliyyat olsa da yaraları sağalmaq bilmir. Sağalma sürəti demək olar ki, çox zəifdir. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Yağmurun müalicəsini təmin etmək üçün bizə yenidən dəstək olsunlar. Bu müalicə müddətində yanan yerlərin masajı və reabilitasiyası, həkim tərəfindən təyin olunan dərmanların və mazların alınması üçün 2300 manat pul lazımdır”.

Əlaqə nömrəsi: (077) 310-54-57 (anası Abdullayeva Şəfa).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir