İdman

Corc Vea Kristian Atsunun ailəsinə yardım etdi

Sharing is caring!

Hazırda Liberiya prezidenti olan keçmiş futbolçu Corc Vea Türkiyədə baş verən zəlzələlərdə dünyasını dəyişən “Hatayspor”un qanalı futbolçu Kristian Atsunun ailəsinə maddi yardım göndərib.

Məlumata görə, Vea Qananın paytaxtı Akkrada Atsunun evində davam edən yas mərasiminə öz nümayəndələrini göndərərək ailəsinə başsağlığı verib.

FIFA-nın “Qızıl top” mükafatını qazanan ilk afrikalı futbolçu olan hazırkı dövlət başçısı Atsunun ailəsinə 10 min dollar bağışlayıb.

Qeyd edək ki, Atsunun cənazəsi fevralın 19-da Türkiye Hava Yollarının TK 629 saylı reysi ilə İstanbuldan Akkraya çatdırılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir