İdman

“Qarabağ”ın yarımmüdafiəçisi həftənin ən yaxşı futbolçusu adına namizəd olub – FOTO/VİDEO

Sharing is caring!

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu və həftənin ən yaxşı qolu bəlli olub.

Oxu.Az xəbər verir ki, həftənin ən yaxşı futbolçusu adına namizədlər siyahısında “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb.

28 yaşlı monteneqrolu oyunçu ilə yanaşı İtaliya “Fiorentina”sından Luka Yoviç, Kiprin AEK (Larnaka) klubundan Anxel Qarsiya və Türkiyənin “Trabzonspor” komandasından Trezege bu ada iddia edirlər.

Yankoviç Bakıda Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmənin müəllifi olub. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi dəqiq alınıb.

Həftənin ən yaxşı qolu adına namizədlər siyahısında isə “Qarabağ”ın futbolçusu Leandro Andradenin Bakıda Belçikanın “Gent” klubuna vurduğu dəqiq zərbəsi də yer alıb.

Qeyd edək ki, “Qarabağ” və “Gent” komandaları arasındakı cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir