İdman

Qurban Qurbanov: “Vacib oyuna çıxacağıq”

Sharing is caring!

“Çox vacib oyuna çıxacağıq. İkinci dəfə bu turnirin pley-off mərhələsində olacağıq. Ötən ilkindən daha yaxşı nəticə qazanmaq istəyirik”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Belçikanın “Gent” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bütün futbolçuların oyuna hazır olduğunu bildirib:

“Rəqib sürətli oyunçulara malikdir və 90 dəqiqə meydanda yaxşı pressinq edirlər. Maraqlı oyun alınacaq. Yaxşı nəticə ilə azarkeşləri sevindirmək istəyirik. Bu rəqibə qarşı bəzi risklərə getməliyik. Hər zonada həddindən artıq diqqətli olmalıyıq. Qarşıda cavab görüşü də var”.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir