İdman

“Qarabağ”ın futbolçusu: “Gent”lə oyun bizim üçün çətin olacaq”

Sharing is caring!

“Sabah bizim üçün çətin olacaq. Avrokuboklarda zəif rəqib olmur. Matça hazır olmağa çalışırıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Yankoviç Bakıda Belçikanın “Gent” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi rəqibi yaxşı analiz etdiklərini bildirib:

“Ən yaxşı nəticəni əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir