İdman

Azərbaycan çempionatı: Sona bir tur qalmış üç şahmatçı eyni xala malikdir

Sharing is caring!

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında X turun görüşləri keçirilib.

“Report”un məlumatına görə, hesabat turunda yeganə heç-heçə Ləman Hacıyeva və Gülnar Məmmədova arasındakı dueldə qeydə alınıb.

Xanım Balacayeva Səbinə İbrahimovaya, Gövhər Beydullayeva Ayan Allahverdiyevaya, Nərmin Abdinova Zeynəb Məmmədyarovaya, Xəyalə Abdulla isə Nurtan Nuriyevaya qalib gəlib.

Hazırda 6,5 xala malik şahmatçılardan İbrahimova, Beydullayeva və Balacayeva müvafiq olaraq ilk “3-lük”də qərarlaşıblar. 5,5 xalı olan Abdinova 4-cü, ondan yarım xal az toplayan Allahverdiyeva 5-ci sıradadır.

Xəyalə Abdulla ilə Gülnar Məmmədova 4,5 xalla 6-7-ci yerləri bölüşdürür. 4 xal toplayan Türkan Məmmədyarova 8-cidir. Hacıyeva 3,5 xalla 9-cu, Zeynəb Məmmədyarova 2 xalla 10-cu, Nuriyeva isə 1,5 xalla 11-ci pillədədir.

Qeyd edək ki, sonuncu – XI tur fevralın 14-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir