İdman

“Sumqayıt” klubu Kamran Əliyevin transferini açıqlayıb

Sharing is caring!

“Sumqayıt” klubu Kamran Əliyevin transferini açıqlayıb.

Klubdan Oxu.Az-a verilən məlumata görə, Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış edən 25 yaşlı hücumçu “gənclik şəhəri”nin təmsilçisi ilə münasibətlərini rəsmiləşdirib.

Azərbaycanın U-21 yığmasının keçmiş oyunçusu yeni komandası ilə 2,5 illik müqavilə imzalayıb. Əliyev “Sumqayıt”da 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rusiyanın “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal” komandalarında da çıxış edib. O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 2 oyun keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir