İdman

Tərlan Əhmədov: “Qarabağ”la oyundakı nəticə bizə motivasiya verəcək”

Sharing is caring!

“Qazandığımız bir xal növbəti görüşlərdə bizə daha çox motivasiya verəcək. Bəzi futbolçular belə rəqiblərə qarşı yaxşı motivasiya olurlar”.

“Report”un məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis rəqibin büdcə baxımından onlardan üstün olduğunu bildirib:

“Fərq həddindən artıq böyükdür. Bu gün belə komandadan bir xal almışıq. Həyatda mümkünsüz heç nə yoxdur”.

Əhmədov hər iki kollektivin maraqlı oyun sərgilədiyini söyləyib:

“Qarabağ” topa daha çox nəzarət edirdi. Onları əks hücumda tutmağa çalışırdıq. Bəzən də buna nail olurduq. Nizam-intizam, mübarizəli oyun məni sevindirir. Komandanın inkişafı və istəkli olması bugünkü matçda sübut olundu. Düşünürəm ki, bu görüş hamımıza zövq verdi. Biz hazırda turnir cədvəlimizdəki mövqeyimizi düzəltməyə çalışırıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir