İdman

AFFA “Qəbələ” və “Zirə”nin legionerlərini cəzalandırıb

Sharing is caring!

AFFA İntizam Komitəsi “Qəbələ”nin müdafiəçisi Ruan Renato və “Zirə”nin yeni transferi Donald Geryeni bir oyunluq cəzalandırıb.

“Report”un məlumatına görə, buna sözügedən futbolçuların müvafiq olaraq “Sabah” və “Neftçi”yə qarşı Azərbaycan Premyer Liqasının XX tur matçlarındakı davranışları səbəb olub.

Hər iki legioner qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün sanksiya ilə üzləşiblər. Onlar eyni zamanda öz klublarını 200 manat ziyana salıblar.

Bundan başqa, “Qəbələ”nin 4, “Sabah”ın isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə hər bir komanda 800 manat cərimələnib. Analoji cərimə “Sumqayıt”la matçda 4 futbolçusu xəbərdarlıq alan “Turan Tovuz”a və “Kəpəz”lə qarşılaşmada eyni sayda oyunçusu sarı vərəqə görən “Səbail”ə tətbiq olunub.

Həmçinin, “ASCO Arena”dakı oyunda meydan sahibləri xərəkdaşıyanların say tərkibini pozduğuna görə, klub əlavə 800 manat cərimələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir