İdman

Ferdinand Kremldə Putinlə görüşərkən çay qaşığı oğurlayıb – FOTO

Sharing is caring!

Rio Ferdinand Kremldə Vladimir Putinlə görüşərkən çay qaşığı oğurlayıb.

“Arsenal”ın keçmiş futbolçusu Aleks Skott 2018-ci il Dünya Çempionatı zamanı Kremlə səfərini xatırladığı “How (Not) to Be Strong” adlı xatirə kitabında bu haqda məlumat verib.

“Rio Ferdinandla mən Dünya Çempionatını müzakirə etmək üçün FIFA Əfsanələri proqramının üzvləri kimi Kremlə dəvət olunmuşduq. Qapıdan çıxarkən Rio məni güldürdü. O, ovcunu açdı və yadigar olaraq bir çay qaşığını oğurladığını göstərdi”, – Skott yazıb.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir