Dünya

Alla Puqaçovanın yeni istedadı üzə çıxıb

Sharing is caring!


Rusiya estradasının primadonnası Alla Puqaçovanın yeni istedadı üzə çıxıb.

Məlumata görə, 30 il primadonna ilə işləmiş gitaraçı Aleksandr Levşin ifaçının gözlənilməz istedadını açıqlayıb.

Onun sözlərinə görə, ifaçı həmişə gözəl rəsm çəkib, təsviri sənətə meyilli olsa da, nədənsə istedadını üzə çıxarmamağa üstünlük verib.

“Alla gözəl çəkir. Pərəstişkarları yəqin ki, onun vallarının görünüşünü xatırlayırlar. Belə ki, valların üz qabığındakı “Qulliver” şəklini Alla özü çəkib. Onun daha çox yaxşı rəsmləri var idi. Bilmirəm, nədənsə o, bir dəfə də olsun fərdi sərgisini təşkil etməyib”, – deyə musiqiçi bildirib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir