İdman

“İnter” “Milan”ı darmadağın edərək Superkuboku qazandı – VİDEO

Sharing is caring!

İtaliya Superkubokunda qalib bəlli olub.

Oxu.Az xəbər verir ki, həlledici matç Milan şəhərinin iki komandası – “Milan”la “İnter” arasında oynanılıb.

Səudiyyə Ərəbistanının Kral Fəhd Beynəlxalq Stadionunda baş tutan qarşılaşmanın qalibi “İnter” olub.

Matçda hesabı 10-cu dəqiqədə Di Marko açıb. 21-ci dəqiqədə Edin Dzeko fərqi iki topa çatdırıb.

Argentinalı Lautaro Martinezin 77-ci dəqiqədə vurduğu qol isə yekun hesabı təyin edib – 3:0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir