Dünya

İndoneziyada sərnişin gəmisində yanğın: Azı 13 nəfər öldü

Sharing is caring!

Bazar ertəsi İndoneziyanın Şərqi Nusa – Tenqara əyaləti sahillərində sərnişin gəmisində baş verən yanğın nəticəsində azı 13 nəfər ölüb.

Məlumata görə, 263 sərnişin xilas edilib.

Sərniinlər arasında yaralananlar da var, lakin onların sayı açıqlanmır.

Axtarış əməliyyatının rəhbəri xilasedicilərin 13 cəsədin tapılmasına nail olduqlarını, lakin itkin düşənlərin tapılması üçün axtarışların çərşənbə axşamı davam etdiriləcəyini bildirib.

Qeyd olunub ki, yanğın başlayan zaman gəmi vilayətin paytaxtı – Kupanq şəhəri yaxınlığında olub.

Hadisənin səbəbi açıqlanmayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir