İdman

“Barsa” cəmi 17 dəqiqə oynayan keçmiş futbolçusuna milyonlarla avro ödəyəcək

Sharing is caring!

Mateus Fernandez “Barselona”ya qarşı məhkəmədə qalib gəlib və müqaviləsinin pozulduğuna görə 8,5 milyon avro təzminat alacaq.

2021-ci ilin iyununda Kataloniya klubu yarımmüdafiəçiyə artıq onun xidmətlərinə ehtiyac duymadıqlarını bildirib və 2025-ci ilin yayına qədər qüvvədə olan müqaviləni ləğv edib.

Mateus baş verənləri belə anladıb: “E-poçt bildirişi alanda inanmadım. Bu, qeyri-peşəkarlıqdır”, – deyə futbolçu bildirib.

Braziliyalı “Barselona”dan 14,8 milyon avro tələb etsə də, müqaviləni qanunsuz olaraq pozduğuna görə Kataloniya klubu 8,5 milyon avro cərimələnib.

Qeyd edək ki, Mateus 2020-ci ilin qışında “Palmeyras”dan 7+3 milyon avroya alınıb.

O, “Barsa”nın heyətində Kiyev “Dinamo”su ilə matçda (4:0) cəmi 17 dəqiqə meydanda olub.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir