İdman

İtaliyalı ulduz futbolçu öldü

Sharing is caring!

İtaliya milli komandasının, “Çelsi” və “Yuventus” klublarının sabiq hücumçusu Canluka Vialli bu gün 58 yaşında vəfat edib.

Qeyd olunur ki, Vialli mədəaltı vəzi xərçəngindən əziyyət çəkirmiş.

Sabiq hücumçu uzun müddət xərçənglə mübarizə aparsa da, Milad bayramı ərəfəsində vəziyyəti pisləşib.

Xəstəxanaya yerləşdirilən Vialli yanvarın 6-da səhər saatlarında dünyasını dəyişib.

Vialli İtaliya yığmasında 59 oyun keçirib. O, “Çelsi” ilə İngiltərə kubokunu qazanıb, “Yuventus”un heyətində isə Çempionlar Liqasının qalibi olub.

Mənbə: Sky Sports

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir