İdman

Qətərdə “Messi muzeyi” yaradılmayacaq

Sharing is caring!

Dohadakı Qətər Universiteti 2022-ci il dünya çempionatı zamanı Argentina millisinin lideri Lionel Messinin yaşadığı otaqda muzey yaratmaq fikrində deyil.

Təhsil ocağı bu barədə yayılan məlumatları təkzib edib.

“Universitet nümayəndəsinin sözləri yanlış şərh edilib, universitet belə bir muzey açmağı planlaşdırmır”, – deyə müəssisədən bildirilib.

Qeyd edək ki, dekabrın 18-də dünya çempionatının finalında Argentina millisi Fransa seçməsinə qalib gələrək kubokun yeni sahibi olub.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir