Dünya

İsrail İrana mümkün zərbələr üçün hazırlığını artırır

Sharing is caring!

İsrail son illər İranın nüvə obyektlərinə mümkün hücuma hazırlıq səviyyəsini xeyli artırıb.

Bu sözləri çərşənbə günü yəhudi dövlətinin müdafiə naziri Benni Qantz ölkənin cənubundakı hərbi bazada İsrail Hərbi Hava Qüvvələrinin pilotları üçün təlim kursunun başa çatması mərasimində deyib.

“İsrail son illərdə hazırlıq səviyyəsini əhəmiyyətli dərəcədə artırıb və İrana hücum ehtimalına hazırlaşmaqda davam edir. Sizlərdən bəziləri iki-üç ildən sonra səmanı şərqə doğru yarıb İrandakı nüvə obyektlərinə hücumda iştirak edə bilər. Buna hazırlaşırıq. Mən sizin bu missiyalarda uğur qazanacağınıza inanıram”, – deyə Qantz pilotlara müraciət edib.

Qeyd edək ki, çərşənbə günü baş nazir Benyamin Netanyahu bildirib ki, İsrailin yeni kabineti İranın nüvə proqramına qarşı çıxmağa davam edəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir