İdman

Təbriz klubundan ayrılan türkmən məşqçi “Soçi” ilə anlaşdı

Sharing is caring!

Rusiya Premyer Liqasında çıxış edən “Soçi”nin yeni baş məşqçisi rəsmiləşib.

Klubun sosial şəbəkə hesabından verilən xəbərə görə, komanda Kurban Berdıyeva tapşırılıb.

Türkmən mütəxəssislə imzalanmış müqavilənin detalları hələlik açıqlanmayıb.

Berdıyev son olaraq Təbriz təmsilçisi “Traktor”un sükanı arxasında olub.

Qeyd edək ki, Kurban Berdiyev 2001 – 2013 və 2017 – 2019-cu illərdə Rusiyanın “Rubin” komandasına rəhbərlik edib. Mütəxəssis 2014 – 2017-ci illərdə “Rostov”da da işləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir