Dünya

Gürcüstan parlamentində dava düşdü – VİDEO

Sharing is caring!

Gürcüstan parlamentində hakim çoxluğun dəstəklədiyi “xarici agentlər haqqında” qanun layihələrinin müzakirəsi başlayıb.

Ancaq Hüquq komitəsinin iclası zamanı “Gürcü arzusu”nun deputatları ilə müxalifət arasında toqquşma olub. Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili və Vahid Milli Hərəkatdan olan deputat Giorgi Botkoveli, həmçinin “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze komitənin iclas zalından zorla çıxarılıblar.

“Anri Oxanaşvilinin (Hüquq komitəsinin sədri) əmri ilə 12 nəfər içəri girərək bizi (dinləmə zalından), onlara (qanunları qəbul etməyə) mane olanları güc tətbiq edərək apardılar”, – Levan Xabeişvili jurnalistlərə bildirib.

Komitənin iclası ilə paralel olaraq parlament binası ətrafında da etiraz aksiyası keçirilir. Meydana toplaşan vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər “xarici agentlər haqqında” qanun layihəsinə etiraz edirlər. Aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib, çoxlu sayda polis əməkdaşı cəlb olunub.

Mənbə: Interpressnews.ge

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir